Putin geri çəkilən generalı cəzalandırdı

Putin geri çəkilən generalı cəzalandırdı

3 Oktyabr 06:13
122
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Oxuməni.az xəbər verir ki, Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov təyin edilib. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.

Müdafiə Nazirliyinin saytında Juravlyov hələ də Qərb Hərbi Dairəsinin başçısı kimi qeyd olunur.

Bununla belə, nə A.Juravlyovun vəzifəsindən kənarlaşdırılması, nə də R.Berdnikovun təyinatı ilə bağlı heç bir sərəncam dərc olunmayıb.

Qeyd edək ki, Qərb dairəsinin qoşunları Xarkov vilayətində gedən döyüşlərdə iştirak edib. Onlar bir neçə istiqamətdə geri çəkiliblər