Kuleba Stoltenberqlə Ukraynanın NATO-ya üzvlük müraciətini müzakirə edib

Kuleba Stoltenberqlə Ukraynanın NATO-ya üzvlük müraciətini müzakirə edib

2 Oktyabr 10:38
33
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO-nun baş katibi Yens Stoltenberqlə ölkəsinin alyansa üzvlüklə bağlı müraciətini müzakirə edib.

Oxuməni.az xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə qeyd edib.

Tərəflər Ukraynanın üzvlük müraciəti ilə bağlı əlaqə saxlamağa razılaşıblar.

Bundan əlavə, NATO-nun Ukraynaya Rusiya ilə müharibədə dəstək vermək üçün atdığı praktiki addımları müzakirə ediblər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb. Ukraynanın qərarını artıq dörd ölkə - Kanada, Litva, Latviya və Estoniya dəstəkləyib.