Təxribat baha başa gəldi – Erməni ordusunun polkovniki məhv edildi

Təxribat baha başa gəldi – Erməni ordusunun polkovniki məhv edildi

29 Sentyabr 16:03
110
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusu ilə yaranmış atışmada ölənlərdən biri düşmən qüvvələrinin yüksək rütbəli zabiti olub.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, həmin şəxs Ermənistan ordusunun zabiti, polkovnik-leytenant Nahapet Marqaryandır.

32 yaşlı Nahapet 44 günlük müharibənin iştirakçısı olub.

Xatırladaq ki, sentyabrın 28-də saat 18:00-dan başlayaraq Ermənistan ordusunun bölmələri sərhəddə Azərbaycanın mövqelərini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Azərbaycanın bir əsgərinin yaralandığı atışmada erməni ordusu üç hərbçisini itirib, xeyli sayda yaralısının olduğu bildirilir.