Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib

27 Sentyabr 2022 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsi Rusiya hərbçilərindən azad edilib.

Oxuməni.az xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov təsdiqləyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Kupyansk-Uzlovoy tamamilə və faktiki olaraq onun nəzarəti altındadır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.