Erməni əsgərin atası: “13 gündür ki, Yuxarı Şorca dərəsində əsgərlərin meyitləri yatır, Müdafiə Nazirliyi heç nə etmir”

Erməni əsgərin atası: “13 gündür ki, Yuxarı Şorca dərəsində əsgərlərin meyitləri yatır, Müdafiə Nazirliyi heç nə etmir”

27 Sentyabr 2022 06:21
Bəyəndim (1) Bəyənmədim (0)

Düz 13 gündür ki, oğlum haqqında heç bir məlumatım yoxdur, valideynlərdən biri Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında etiraz aksiyası zamanı jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, baş nazir Nikol Paşinyana müraciət etmək istəyir:

“13 gündür ki, yaralılar və hərbçilərin cəsədləri dərədə yatır, lakin Müdafiə Nazirliyi əsgərlərin heç olmasa operativ şəkildə çıxarılması üçün heç bir iş görmür. Bu daha əvvəl edilsəydi, uşaqlarımız xilas ola bilərdi”.

Əsgərin atası Yuxarı Şorcadan danışdığını deyib.

“Təsəvvür edin, 13 gündür ki, canavarlar və tülkülər bu cəsədləri parçalayıb” deyən valideyn, dərc edə bilməyəcəyi məlumatların olduğunu qeyd edib.

O qeyd edib ki, oğlunun əsirlikdə olub-olmadığını, öldüyünü və ya itkin düşmüş hesab edildiyini bilmir.

“Doğrudanmı belə bir münasibət göstərmək, əsgərlərimizə barmaqlarımızın arasından baxmaq olarmı”, - deyə hərbçinin atası bildirib.