Rusiyada məktəbdə atışma: ölənlərin sayı 13-ə çatdı-Video

Rusiyada məktəbdə atışma: ölənlərin sayı 13-ə çatdı-Video

26 Sentyabr 2022 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.

Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib: “Baş verənlər qeyri-insani hadisə, terrordur”.

D.Peskov vurğulayıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.

Xatırladaq ki. Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib. Qara geyimli şəxs sinif otağına girərək atəş açıb.