Rusiyada hərbi komissar güllələndi

Rusiyada hərbi komissar güllələndi

26 Sentyabr 2022 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın İrkutsk vilayətindəki Ust-İlimsk şəhərinin hərbi komissarlığında qanlı olay yaşanıb.

Oxuməni.az xəbər verir ki, səfərbərlik əsasında ordu sıralarına çağırılmış Ruslan Zinin komissarlıq binasında çağırışçıların qarşısında çıxış edərək təlimat verən hərbi komissar, polkovnik Aleksandr Yeliseyevə lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb.

Sosial şəbəkədə bunu əks etdirən video görüntülər yayılıb.

A.Yeliseyev aldığı güllə yarasından yerə yıxılanda R. Zinin qaçmağa başlayıb və qəfil dayanaraq komissara ikinci dəfə atəş açıb.

İlkin məlumatlara görə, ağır yaralanmış A.Yeliseyev hospitala aparılıb. O, ölüm ayağındadır.

R.Zinin yaxalanıb.