Lavrovdan sarsaq açıqlama: "Kiyev Donbasa, Zaporojyeyə və Xersona hücum etsə, Rusiya nüvə zərbəsi endirəcək"

Lavrovdan sarsaq açıqlama: "Kiyev Donbasa, Zaporojyeyə və Xersona hücum etsə, Rusiya nüvə zərbəsi endirəcək"

26 Sentyabr 2022 06:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Kiyev Donbasa, Zaporojyeyə və Xersona hücum etsə, Rusiya nüvə zərbəsi endirəcək"

Rusiyanın XİN rəhbəri ən pis gümanları səsləndirib...

"ABŞ Kiyevə silah tədarük etməklə və kəşfiyyat məlumatlarına çıxış verməklə münaqişə tərəfinə çevrilib..."

Rusiyanın qanunvericiliyi və doktrinaları, o cümlədən nüvə doktrinası, əgər ölkə Konstitusiyasında Rusiyanın tərkibinə daxil olmaları təsbit edilərsə, yeni ərazilərinə də şamil ediləcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-də keçirdiyi mətbuat konfransında bəyan edib.

Lavrova Rusiyanın nüvə doktrinasının vətəndaşlarının Rusiyaya birləşməyə səs verəcəyi halda yeni regionlara şamil ediləcəyi barədə sual ünvanlanıb.

"Rusiya Federasiyasının Konstitusiyasında təsbit edilən və əlavə olaraq təsbit ediləcək bütün ərazisi tamamilə dövlətin müdafiəsi altındadır və bu, mütləq təbiidir. Rusiya Federasiyasının bütün qanunları, doktrinaları, konsepsiyaları, strategiyaları onun bütün ərazisinə şamil edilir", - Rusiya informasiya agentliyi Sergey Lavrovdan iqtibas gətirib.

Lavrov Ağ evin işğal edilən Ukrayna ərazilərinin Rusiyaya birləşməsinə ABŞ-ın münasibəti barədə əvvəllər səsləndirilən bəyanatlarını şərh edib:

"Mən burada hansısa qaranlıq proqnozlar verməklə məşğul olmaq istəmirəm. Mən ABŞ-ın hər hansı zərbə ilə təhdid etdiyini eşitməmişəm, mən eşitmişəm ki, prezident Bayden bəyan edib ki, referendumların keçiriləcəyi və nəticələrinin qəbul ediləcəyi təqdirdə Rusiyanı "cəhənnəmdən" və ya daha haralardansa növbəti sanksiyalar gözləyəcək...Əgər Rusiyanın zərbə alacağı barədə təhdid dolu tezis irəli sürülübsə, mən bunun mətni ilə tanış olaram, mən bilmirdim ki, ABŞ və Ukrayna belə təhlükəli zəncirlə bağlı olan müttəfiqlərdir".

Lavrov xüsusilə qeyd edib ki, ABŞ və Qərb özlərini Ukraynadakı münaqişənin tərəfləri elan etməyib, bu da silah və istənilən hərbi əmlakın tədarükünü qadağan edən beynəlxalq konvensiyalara riayət edilməsinin zərurəti deməkdir.

"Yəni Kiyevə silah tədarük etməklə, ABŞ, Avropa İttifaqı və NATO neytral statusa, onların münaqişədə iştirak etməməsinə iddia edə bilməzlər", - XİN rəhbəri diqqəti buna yönəldib.

Lavrovun sözlərinə görə, Kiyevə silah göndərməklə və kəşfiyyat məlumatlarına çıxış verməklə ABŞ özünü neytral ölkə statusundan məhrum edib və mahiyyət etibarilə münaqişə tərəfidir.

PS SergeyLavrov sadəcə olaraq Ukraynaya və dünyaya "xox" gəlir və bunun adına sarsaqlama deyilir.. Çünki Ukraynaya nüvə zərbəsi endirilməsi Rusiyanın iddia etdiyi ərazilərin əhalisinə, o cümlədən Rusiyanın özünə də dəhşət yarada bilər. Rusiya Qərbə də nüvə zərbəsi endirə bilməz. Belə ki, onlar dərhal Rusiyaya cavab zərbəsi endirəcəklər. Bu isə Rusiya üçün fəlakət demək ola bilər.