Hərbi ekspert : Yaxın günlərdə Xerson şəhərinin işğalçılardan azad edilməsinin şahidi olacaqsız

Hərbi ekspert : Yaxın günlərdə Xerson şəhərinin işğalçılardan azad edilməsinin şahidi olacaqsız

25 Sentyabr 06:11
104
Bəyəndim (0) Bəyənmədim (0)

“Nə Xersonda, nə də Zaporojyedə psevdo-referendumlar baş tutacaq. Həm də ona görə ki, artıq Ukrayna qoşunları Xerson şəhərinə iki istiqamətdən atıcı silahlar məsafəsində yaxınlaşıb...”

“Hər gün, hər səhər cəbhədən sevindirici xəbərlər gəlməkdədir. Hazırda Ukrayna ordusu həm cənub, həm mərkəz, həm şimal istiqamətlərində düşmən qüvvələrini məhv etməkdədir. Dünən(21.09-S.L.) günortadan bu gün(22.09.-S.L.) səhərədək olan düşmən itkilərinin sayı 400 nəfərdir. 30-a yaxın PDM və tank vurulub. Ukrayna Silahlı Qüvvələrinin gücü getdikcə artmaqdadır və Putinin bu “nüvə”, “referendum”, “qismən səfərbərlik” hay-küyü ilə əzələ nümayişi də Qərbi Ukraynaya istədiyi silah və texnikaları verməyə daha da həvəsləndirir”.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya-Ukrayna cəbhəsindəki hazırkı durumu xarakterizə edən Ukraynada fəaliyyət göstərən azərbaycanlı hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev Moderator.az-a açqlamasında deyib.

“Yəqin ki, yaxın günlərdə Xerson şəhərinin işğalçılardan boşaldılmasının şahidi olacaqsız. Çünki Rusiya qoşun birləşmələrinin təchizat, loqistika yolları, demək olar ki, tam kəsilib. Cəbhə xəttinə istər silah-sursat, istərsə də ərzaq çatdırmaq imkanları yoxdur. İşğalçı hərbçilərin kəşfiyyatımız tərəfindən tutulan radio-danışıqlarından Ukrayna tərəfinə könüllü əsir düşmək istəyənlərin də olduğu bilinməkdədir. Bundan əlavə, Xersonu hansısa danışıqlarla tərk etmələri məsələsi də mümkündür. Odur ki, vilayətdə saxta “referendum” məsələsini də tez-tələsik həll etməyə çalışırlar” -açıqlamasının davamında bunu söyləyən soydaşımız “Yəqin ki, sentyabrın 23-dən Xersondan savayı, digər işğal edilmiş Ukrayna vilayətlərində də başlanacaq qanunsuz psevdoreferendumlarla da Putin rejimi heç nəyə nail olmayacaq?” sualını da cavablandırıb.

“Bəli. Mən də belə düşünürəm ki, nə Xersonda, nə də Zaporojyedə psevdo-referendumlar baş tutacaq. Həm də ona görə ki, artıq Ukrayna qoşunları Xerson şəhərinə iki istiqamətdən atıcı silahlar məsafəsində yaxınlaşıb. Amma bilirsiz ki, şəhərə həlledici hücum etməməyin əsas səbəbi Xersonda dinc Ukrayna əhalisinin olmasıdır. Biz öz vətəndaşlarımızın həyatını təhlükə altına sala bilmərik. Düşmən bunu da bilir. Ona görə də Rusiya qüvvələri dinc ukraynalıların arxasında gizlənərək bu minvalla qondarma “referendum” keçirməyə çalışır. Amma bu, alınacaq iş deyil. Lap tutaq ki, formal olaraq, görüntü olaraq saxta “referendum”lar keçirdilər. Putindən soruşun görək, Rusiya ordusunun törətdiyi bu işğal, bombardman, soyqırım şəraitində həmin saxta, dırnaqarası “referendum”ların nəticələrini kim, hansı özünə hörmət edən dövlət, hansı beynəlxalq qurum tanıyacaq”-deyə ekspert sual edib.

“Yəni bilirsiz, öncə də dediyimiz kimi, əslində Putin rejimi iki müharibə aparır. Bir müharibə doğrudan da real müharibədir; Ukrayna cəbhəsində üzbəüz döyüşlərlə gedən savaşdır. Digər müharibə isə Putinin öz xalqına, öz əhalisinə qarşı apardığı və televiziya kanalarında və saytlarda göstərilən, təsvir edilən kütləvi aldatma, yalan, psixoz müharibəsidir... Və inşallah, tezliklə hər iki savaşda Putin rejimi ağır məğlubiyyətə düçar olacaq... Ümumiyyətlə, təhlillər onu göstərir ki, bütövlükdə Rusiya imperiyası öz təbii sonuna yaxınlaşır” -deyə Elxan Nuriyev vurğulayıb.