Rusiya Ukrayna bataqlığında: 24 saatda 550 itki

Rusiya Ukrayna bataqlığında: 24 saatda 550 itki

23 Sentyabr 11:53
130
Bəyəndim (0) Bəyənmədim (0)

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 060-a çatıb.

Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2254 tank, 4796 zirehli döyüş maşını, 1 355 artilleriya sistemi, 326 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 254 təyyarə, 219 helikopter, 950 PUA, 240 qanadlı raket, 15 gəmi, 3659 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.