Rusların Finlandiyaya girişi tamamilə qadağan edildi

Rusların Finlandiyaya girişi tamamilə qadağan edildi

22 Sentyabr 2022 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Finlandiya Rusiya vətəndaşlarının öz ərazisinə giriş hüququ ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmək üzrədir".

Oxuməni.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto Nyu-Yorkda iştirak etdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası vətəndaşı olan turistlərin heç nə olmamış kimi istirahətə getməsinin heç bir mənəvi-etik əsası yoxdur.

"Finlandiya Şengen vizası olan Rusiya vətəndaşları üçün tranzit ölkə olmaq fikrində deyil", - deyə nazir Xaavisto vurğulayıb.