Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında mindən çox insan saxlanılıb

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında mindən çox insan saxlanılıb

22 Sentyabr 2022 00:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyaya görə 1026-dan çox adam saxlanılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.

Etirazlar

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Arbatda səfərbərliyə qarşı etiraz aksiyalarında saxlanılanlar var.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, ondan çox adam saxlanılıb. Aksiya iştirakçılarından biri saxlanılarkən huşunu itirib.

Polis yürüş başlayandan dərhal sonra etirazçıları saxlamağa başlayıb.

Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan qadınlar da qatılıb.

Sankt-Peterburqda 50-yə yaxın etirazçı Müqəddəs İsaak kilsəsinə yürüş edib. Etirazçılar “Müharibə yoxdur” və “Səfərbərlik yoxdur” şüarları səsləndiriblər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, aksiya iştirakçıları saxlanılarkən dəyənəklərlə döyülür.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb. Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, artıq 23 şəhərdə 364-dən çox insan saxlanılıb.

Bizim Fac