Moskvada bəzi güclər erməni  Mişustini Putinin yerinə hakimiyyətə gətirmək istəyirlər

Moskvada bəzi güclər erməni Mişustini Putinin yerinə hakimiyyətə gətirmək istəyirlər

21 Sentyabr 2022 06:55
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada bəzi güclər erməni Mişustini Putinin yerinə hakimiyyətə gətirmək istəyirlər

“Rusiyada təkcə Vladimir Putinə deyil, ümumiyyətlə, bütün ölkə rəhbərliyinə inam azalıb. Hazırda Kremlin rəhbəri ətrafında xaos hökm sürür”.

Oxuməni.az xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Ukrayna mətbuatına verdiyi müsahibədə deyib.

O, qeyd edib ki, Putinin yaxın ətrafında xaos yaşanır və bu, yuxarıdan (Putindən-red) aşağıya doğru yayılmağa başlayacaq: “Açıqca görünür ki, fermentasiya prosesi başlayıb. Putin vəziyyətdən çıxmaq üçün yollar axtarır. O, Ukraynanı dayandırmağı və 50/50 danışıqlarına getməyi planlaşdırır”.

“Mən Putini hakimiyyətdə başqasının əvəzləyəcəyini istisna etmirəm. Onlar Mixail Mişustini Putinin yerinə qoya bilərlər. Mişustin Patruşevdən fərqli olaraq, Ukraynadakı müharibəyə görə məsuliyyət daşımır. Ancaq əsas maneə Putinin özüdür. Bu müharibə Putindən başqa heç kimə lazım deyil”, - Feyqin bildirib.

Qeyd edək ki Mişustin erməni əsillidir və Ermənistanın ən böyük müdafiəçilərindən biri hesab edilir. Rusiyanın müstəqil KİV-ləri isə hələ 2010-cu ildə FVX-nin rəisi təyin olunanda onun yarı erməni əsilli olduğunu yazırdılar. Belə ki, Mişustinin anasının erməni olduğu bildirilirdi. Sonradan bu məlumat əksər KİV-lər tərəfindən tirajlandı və təkzib olunmadı. Elə Mişustinin karyerasındakı ilk addımlar da məhz ermənilərlə bağlıdır. Belə ki, onu ilk olaraq, Moskvada kompyuter texnologiyaları ilə məşğul olan bir şirkətin rəhbəri olan erməni iş adamı Levon Amdilyan öz yanına “çəkib”. Rusiya KİV-ləri bu məsələdə Mişustinin erməni köklərinin həlledici rol oynadığını bildirirlər. Getdikcə həmin şirkətdə yüksələn Mişustin, şirkət sahibinin əlaqələri hesabına hələ 1998-ci ildə FVX-nin o vaxtkı rəhbəri Boris Fyodorovla tanış olur. Fyodorov qısa müddət sonra onu öz köməkçisi, daha sonra isə müavini təyin edir və vergi xidmətinin fəaliyyətinin elektronlaşması, yeni kompyuterlərlə təminatı ona tapşırılır.

Onu da qeyd edək ki, Mişustin yeni baş nazir təyin ediləndə bunu ən çox sevinərək xəbər və şərhlər verən “RT” kanalının baş redaktoru, Kremlin əsas təbliğatçılarından sayılan Marqarita Simonyan olub. Onun sevincini başa düşmək olar. Artıq erməni əsilli Xarici İşlər nazirindən sonra Rusiyanın baş nazirinin də erməni kökləri var. Bu fakt ermənilərin onsuz da nüfuz etdikləri Rusiya hakimiyyətindəki mövqelərini daha da gücləndirmiş olur.