Çinin Ayda aşkar etdiyi tapıntı milyardlarla dollar gəlir gətirə bilər...

Çinin Ayda aşkar etdiyi tapıntı milyardlarla dollar gəlir gətirə bilər...

20 Sentyabr 2022 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Kristalın tərkibində nüvə sintezi üçün yanacaq mənbəyi olan helium-3 var..."

"Helium-3 başqa atomlarla müqayisədə daha az radioaktiv yan məhsullar və nüvə tullantlları istehsal edir..."

"ABŞ və Çin kimi dünya liderləri Ayda faydalı qazıntılar hasilatından milyardlar qazanmağa tələsir..."

"Kosmos hər hansı ölkənin mülkiyyəti və nüvə silahının yerləşdiriləcəyi yer ola bilməz..."

Çin Ayda əvvəllər bəlli olmayan mineraldan ibarət kristal aşkar edib və həmçinin təsdiq edib ki, Ay səthində Günəşi və başqa ulduzları qidalandıran praktiki olaraq sonsuz enerjinin nüvə sintezi üçün həlledici inqridiyent var.

Oxuməni.az xəbər verir ki, bu barədə Amerikanın "Vice" jurnalı yazıb.

Kristal Çinin 2000-ci ilin dekabr ayında "Çanye" missiyası tərəfindən toplanan Ay nümunələri partiyasında aşkar edilib. Bu, Yerə 1976-cı ildə çatdırılan Ay süxurunun ilk nümunələri olub.

Nümunələr diqqətlə öyrənildikdən sonra Pekinin uran geologiyası elmi-təqdiqat İnstitutunun alimləri diametri insan tükünün enindən az olan monokristal hissəciyi aşkar edib.

Məlumat verilir ki, kristal Çinin Ay Allahının şərəfinə Çanye adlandırılan və Çinin Ay missiyalarnın "ilhamvericisi" olan Çansit-(Y) mineralından ibarətdir.

Sentyabrın 16-da Beynəlxalq mineraloji assosiasiyanın (IMA) yeni minerallar, nomenklatura və təsnifat üzrə Komissiyası (CNMNC) Çansit-(Y)-ni yeni mineral kimi qeydə alıb.

Bu barədə Çinin "Global Times" dövlət nəşri məlumat yayıb.

Çansit-(Y) Ayın 1, 2 milyard il öncə vulkanik fəal olan şimal səthi nahiyəsində formalaşan şəffaf kristaldır.

Kristal Ay nümunələrində identifikasiya edilən altıncı və Çinin aşkar etdiyi birinci yeni kristaldır. Əvvəlki kəşflər ABŞ və SSRİ tərəfindən edilib.

Çinin dövlət KİV-ləri həmçinin məlumat verir ki, Ay süxurunun alınan nümunələrində alimləri çoxdan bəri nüvə sintezi üçün yanacaq mənbəyi kimi cəlb edən helium elementinin bir növü olan helium-3 var.

Yeri gəlmişkən, termonüvə reaktorlarının işlənib hazırlanması onilliklər çəkəcək, əgər gerçəkdə onları, ümumiyyətlə, yaratmaq mümkün olacaqsa.

Lakin əgər reaktorlar yaradılarsa, helium-3 onlar üçün ideal yanacaq olacaq, çünki o, başqa atomlarla müqayisədə daha az radioaktiv yan məhsullar və nüvə tullantıları istehsal edir, nəşr yazır.

Qeyd edək ki, Yerdə də helium-3 var, lakin son dərəcə nadir hallarda rast gəlinir, amma Ayda, alimlərin güman etdiyi kimi, bollucadır.

Bu ilin may ayında "Bloomberg" nəşri yazıb ki, ABŞ və Çin kimi dünya liderləri Ayda faydalı qazıntılar hasilatından milyadlarla dollar qazanmağa tələsir.

"Aya getdikcə daha çox ölkə və şirkətlər missiyalar planlaşdırdığından, gerçək qorxu hansısa "kosmik İndian Cons"un peyda olacağında deyil, Yerin təbii peykində çoxaylı enişlərin nəticələrində və ya, məsələn, orada faydalı qazıntıların kütləvi və nəzarət edilməyən hasilatındadır", - "Bloomberg" yazıb.

Bu gün kosmik aktivlik üçün 1967-ci ildə qəbul edilən kosmik fəza haqqında Müqavilə əsas olaraq qalır, ona riayət edilməsinə BMT-nin kosmik fəza məsələləri üzrə Vyana bölməsi nəzarət edir.

Sazişin həlledici prinsipi ondan ibarətdir ki, kosmos istənilən ölkənin suverenliyi ola bilməz, xüsusi mülkiyyətin predmeti və nüvə silahının yerləşdirilmə yeri olmayacaqdır.

Aydan və başqa kosmik cismlərdən istifadə yalnız dinc məqsədlərlə məhdudlaşır. ABŞ bu sənədi imzalayıb.

1979-cu ildə BMT Baş Assambleyası Ay haqqında Saziş qəbul edib, orada deyilir ki, planetimizin təbii resursları "bəşəriyyətin ümumi sərvətidir".

Və yalnız yeni yaradılacaq beynəlxalq orqan bu resursların istifadəsini idarə edə bilər, hərçənd, "belə hasilat çətin ki, mümkün olsun".

ABŞ və kosmik proqramları olan bir sıra başqa ölkələr, o cümlədən Çin bu sənədi imzalamayıb.