ABŞ Ukraynaya daha 800 milyon dollar hərbi yardım ayıracaq

ABŞ Ukraynaya daha 800 milyon dollar hərbi yardım ayıracaq

19 Avqust 2022 06:42
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır və bu paket avqustun 19-u cümə günü elan edilə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin səlahiyyətləri yardım ayırmaq üçün istifadə olunacaq və ona Amerika arsenalından silah ötürməyə imkan verəcək.

Eyni zamanda, mənbələrdən biri yardım elanının gələn həftəyə qədər təxirə salına biləcəyini istisna etməyib. Həmçinin paketin son qiyməti də bir qədər dəyişə bilər.