Haylar Rusiya vasitəsilə Laçından köçürülmənin bir neçə ay ləngidilməsinə çalışır..

Haylar Rusiya vasitəsilə Laçından köçürülmənin bir neçə ay ləngidilməsinə çalışır..

16 Avqust 2022 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

"44 günlük savaşdakı qələbəmizdən sonra Laçın, Kəlbəcər və Ağdamdakı ermənilərə cəmi 10-15 gün vaxt verdik - "ləzzəti"ni yaşadıq..."

Ermənistan və Qarabağdakı revanşist və faşist xislətli siyasi dairələr 30 ildən çox Laçın şəhəri və Zabux kəndində qanunsuz(!) məskunlaşmış erməni əhalinin köçürülməsinin bir neçə ay müddətinə ləngidilməsinə çalışır.

Artıq erməni mediası və sosial şəbəkələrdə bu mövzuda şayiələr yayılmağa başlanıb.

"Yeri gəlmişkən gələn həftə Moskvada gözlənilən üçtərəfli görüşdə köçürülmənin 1-2 ay müddətinə təxirə salınması ilə bağlı razılaşmanın mümkünlüyü barədə məlumatlar var".

Moderator.az xəbər verir ki, bunu "Hraparak" nəşrinə açıqlamasında Zabux kəndinin qanunsuz terrorçu və işğalçı xislətli "mer"i Andranik Çavuşyan söyləyib.

"Artsax hakimiyyətinin kommunikasiya problemini həll etməyə vaxtı olacaq. Söhbət qaz kəmərinin, elektrik xətlərinin, internet stansiyalarının Laçından köçürülməsindən gedir. Çünki yeni yol istifadəyə veriləndən sonra onlar Azərbaycan ərazisində qalacaq"- deyə üzdəniraq "mer" açıqlamasının davamında söyləyib.

Zəruri şərh:

Əvvəla, qulağı kəsik "qəhrəman" hay generalının Zabuxdakı adaşının sözlərindən belə çıxır ki, ermənilərin Qarabağdan Ermənistana gediş-gəlişi üçün çəkilmiş alternativ yolun ərazisi Azərbaycanın yox, Ermənistanın ərazisi sayılacaq. Bu, qətiyyən yolverilməzdir...

İkincisi isə, torpaqlarımızda 30 il qanunsuz(!) məskunlaşmış hayların bütün beynəlxalq qanunvericiliyə uyğun olan tamamilə qanuni(!) və məntiqi(!) köçürülməsinin ləngidilməsinə də əsla yol vermək olmaz. Çünki 44 günlük savaşdakı qələbəmizdən sonra Laçın, Kəlbəcər və Ağdamdakı ermənilərə cəmi 10-15 gün vaxt verdik - "ləzzəti"ni yaşadıq. Haylar bu müddətdə nəinki evləri, meşələri yandırdılar, ağacları kökündən çıxardılar, üstəlik, torpaqlarımızı bacardıqları qədər minaladılar...Moderator.az