İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb
Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Bu barədə Oxuməni.az yerli mətbuata istinadən xəbər verir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.
Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 62 nəfər yaralanıb.Partlayış atəşfəşanlıq mağazasında baş verib.
Digər xəbərlər