Ukrayna avqustda ən azı 10 gəmi taxıl ixrac edəcək

Ukrayna avqustda ən azı 10 gəmi taxıl ixrac edəcək

15 Avqust 14:44
93
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun sonuna qədər Ukraynada ən azı 10 gəmiyə taxıl məhsulları yükləmək planlaşdırılır.

Oxuməni.az xəbər verir ki, bunu Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov açıqlayıb.

Vaskov avqustun 14-ü axşam saatlarında Odessa limanına daxil olan "Sara" gəmisinə 8 min ton qarğıdalı, "Efe" gəmisinə isə 7 min 500 ton yağ yükləndiyini bildirib:

“Hazırda Ukrayna limanlarında cəmi 6 gəmi yüklənib. Taxıl dəhlizinin iki həftəsi ərzində Ukrayna limanlarından 16 gəmi dünyanın 9 ölkəsinə təxminən yarım milyon tona yaxın taxılı çatdırmaq üçün yola çıxıb”.