İrəvanda ticarət mərkəzindəki partlayışda 5 nəfər ölüb, 17 nəfər itkin düşüb

İrəvanda ticarət mərkəzindəki partlayışda 5 nəfər ölüb, 17 nəfər itkin düşüb

15 Avqust 07:54
124
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.