Rusiya Ermənistanı dalana dirəyib: Moskva İran- Ermənistan sərhəddini nəzarət altına alıb

Rusiya Ermənistanı dalana dirəyib: Moskva İran- Ermənistan sərhəddini nəzarət altına alıb

15 Avqust 2022 06:07
Bəyəndim (1) Bəyənmədim (0)

Görünür, Moskvaya yenə yalvarmağa gediblər ki, Rusiya Azərbaycanı durdursun. Çünki özləri də anlayır ki, bu gedişlə bölgədə mövqelərini itirməkdə davam edəcəklər.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın müdafiə naziri Suren Papikyanın Rusiyaya səfəri haqda qeyd edib.

“İrəvanı narahat edən odur ki, Azərbaycan ordusu Qarabağda rusiyalı hərbçilərin məsuliyyət zonasında hərbi əməliyyatlar keçirir, strateji yüksəkliklərdə möhkəmlənir.

Rusiya hərbçiləri “Qisas” əməliyyatında bizə mane olmadılar. Çünki Kremlin Azərbaycanı durdurmaq üçün əsası yoxdur. Erməni nazirin Moskvada müzakirə edəcəyi başqa mövzu Rusiya ordusunun Ermənistan-İran sərhədində mövqelərini möhkəmləndirməsidir. Moskva bunu İranla sərhəddən narkotik maddələrin daşınmasının artmasıyla əlaqələndirsə də, Ermənistanda buna inanan azdır. Ermənilərə elə gəlir ki, Rusiya Zəngəzur koridorunun açılmasını sürətləndirmək istəyir. Bir sözlə, Kremlin siyasətindən şübhələnən və narazı qalan ermənilərin sayı artıb”, - politoloq bildirib.