Kreml Buça qətliamını törədən rus briqadasını məhv etdi - Şok iddia

Kreml Buça qətliamını törədən rus briqadasını məhv etdi - Şok iddia

12 Avqust 11:19
191
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük ehtimalla Rusiyanın 35-ci Əlahiddə Ümumqoşun Ordusunun 64-cü Motoatıcı Briqadası Kremlin qərarı ilə məhv edilib. Kiyev vilayətindəki (Buça) vəhşilikləri məhz bu briqadanın hərbçiləri törədiblər.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, Rusiya Hərbi Prokurorluğuna daxil olan, “Bellingcat” və “Insider” tərəfindən yoxlanılan şikayətlər çağırışçıların aldadılması və döyüşə məcbur edilməsi hallarını təsdiqləyir. Eyni zamanda, rus hərbçilərinin ailələrindən tam məlumat əldə etmək imkanı yoxdur, hərbçilər lazımi qida və tibbi xidmətlə təmin edilmir.

Bəzi məlumatlara görə, rus komandirləri əsgərlərə texnikasız hücuma keçməyi əmr edib və onların ölümləri barədə yaxınlarına məlumat verməyiblər.