“Putin müharibəni ən qısa vaxtda bitirmək istəyir, çünki...” - Şok iddia

“Putin müharibəni ən qısa vaxtda bitirmək istəyir, çünki...” - Şok iddia

11 Avqust 13:29
326
Bəyəndim (0) Bəyənmədim (0)

“Vladimir Putinin ətrafı indi Ukraynadakı müharibəni “uğurlu nəticə” ilə necə bitirmək və bununla da “sudan quru çıxmaq” haqda düşünür”.

Oxuməni.az xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Gennadi Qudkov deyib.

Onun sözlərinə görə, Kreml əvvəlcədən düşünülmüş və planlaşdırılmış müharibənin uğursuzluqla nəticələndiyini anlayır və indi ağrılı və gərgin şəkildə bundan çıxış yolu axtarır, amma hələ də tapmayıblar.

“Çox ümid edirlər və bir möcüzəyə inanırlar ki, hansısa atom elektrik stansiyasını məhv etməklə hədələsə, Ukrayna təcili şəkildə onlarla danışıqlar masasına oturacaq. Əslində bu ümidsizlikdir”, - Qudkov vurğulayıb.

Siyasətçinin fikrincə, Putin Rusiya üçün bir sıra problemlərə görə müharibənin dayandırılmasının zəruriliyini anlayır. Xüsusən də iqtisadi inkişaf və dünya birliyi ilə dialoq praktiki olaraq dayanıb.

“Hər şey qar kimi üs-üstə yığılır. Buna görə də müharibəni tez bir zamanda bitirmək istəyirlər”, - Qudkov əlavə edib.