Ruslar bu istiqamətdə geri çəkilməyə məcbur edildi

Ruslar bu istiqamətdə geri çəkilməyə məcbur edildi

11 Avqust 2022 05:55
Bəyəndim (0) Bəyənmədim (0)

Xarkov istiqamətində Rusiya qüvvələri itki verərək geri çəkilməyə məcbur edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Udı, Petrovka və Qusarovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları həyata keçiriblər”, - məlumatda qeyd olunub.

Bildirilir ki, ruslar Xarkovda pilotsuz uçuş aparatları ilə fəal şəkildə hava kəşfiyyatı aparıb. Həmçinin, həmin istiqamətdə fəaliyyət göstərən bölmələr maddi-texniki təminatı yaxşılaşdırmaq üçün ciddi səylər göstərir.