Putinin sağlığına içən deputat şəhidlərin abidəsi önündə diz çökdürüldü...-İBRƏTAMİZ+VİDEO

Putinin sağlığına içən deputat şəhidlərin abidəsi önündə diz çökdürüldü...-İBRƏTAMİZ+VİDEO

9 Avqust 10:35
387
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Çerkası şəhərində istintaq məlumatlarına görə, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən şəhər şurasının deputatı Aleksandr Zamiraylo istintaq təcridxanasından azad edilib və onun üçün girov ödənilib.

Oxuməni.az xəbər verir ki, bu barədə avqustun 8-də “Facebook”da Çerkası şəhər şurasının "Eurosolidarnost"dan olan deputatı Sergey Ruban məlumat yayıb.

"Çerkasıda, istintaq təcridxanasının divarları altında Rusiya prezidenti Putinin qələbəsi üçün içmək həvəskarı, 208.000 qriven girov müqabilində azadlığa çıxan Aleksandr Zamiraylonu qarşıladıq. Bütün fəallarla birlikdə biz bu əclafın həbsxanaya qaytarılmasını tələb etdik. O, istintaq təcridxanasının divarlarını tərk etdikdən sonra fəallar onu Ukraynanın anti-terror əməliyyatı şəhidlərininn abidəsi önünə gətirdilər ki, bu əclaf müharibədə həlak olan bütün qəhrəmanlardan üzr istəsin” -deputat belə yazıb.

Deputat Zamiraylonun qəhrəmanların abidəsi önündə diz çökməsini əks etdirən fotosunu dərc edib.

Rubanın sözlərinə görə, avqustun 9-da məhkəmə prokurorluğun apellyasiya şikayətinə baxacaq.

"Ukraynaya xəyanət edən şəxslər güzəştə getmədən cəzalandırılmalıdır... Ümid edirəm ki, bu qərar kollaborantı( düşmənlə əməkdaşlıq edən şəxs- S.L.) həbsxanaya qaytaracaq", - deyə deputat yekunlaşdırıb.

Digər Ukrayna saytlarının məlumatına görə insanlar satqın deputatın üzərinə boya da töküblər və o, şəhidlərin abidəsi önündə diz çökərək deyib:

“Mən bütün döyüşçülərdən üzr istəyirəm. “Azov”, “Milli Korpus”, “Sağ sektor”... Uşaqlar, sağ qalın və evinizə, ailənizin yanına qayıdın...”

Moderator.az