Zelenski: “Rusiya dünyada AES-dən terror üçün istifadə edən ilk ölkə oldu

Zelenski: “Rusiya dünyada AES-dən terror üçün istifadə edən ilk ölkə oldu

7 Avqust 2022 07:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya qoşunları dünyada ilk dəfə olaraq atom elektrik stansiyasından (AES) terror üçün istifadə etdilər”.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Zaporojye Atom Elektrik Stansiyasının ətrafında ciddi gərginliyin olduğunu qeyd edib.

"Rusiya terrorçuları Avropada ən böyük atom elektrik stansiyasından dünyada ilk dəfə terror üçün istifadə ediblər. Biz dünyanın diqqətini buna cəlb edəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik", - dövlət başçısı deyib.

Xatırladaq ki, avqustun 5-də Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını iki dəfə atəşə tutublar. Nəticədə radioaktiv maddələrin yayılması təhlükəsi ortaya çıxıb.

Zelenski Rusiyanın bu cür hərəkətlərini terror adlandırıb və dünya ölkələrini, beynəlxalq təşkilatları “Rosatom”a qarşı sanksiyalara çağırıb.