Azərbaycana iftiralar yağdıran  rusiyalı jurnalist Kosovada casusluqda şübhəli bilinərək həbs edilib

Azərbaycana iftiralar yağdıran rusiyalı jurnalist Kosovada casusluqda şübhəli bilinərək həbs edilib

7 Avqust 2022 06:27
Bəyəndim (0) Bəyənmədim (0)

Kosovanın daxili işlər naziri şənbə günü sərhəddə rusiyalı jurnalisti casusluqda şübhəli bilinərək həbs edildiyini bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Kosova mətbuatı məlumat yayıb.

Ölkənin daxili işlər naziri Cəlal Şveçliya həmin jurnalistin Daria Aslamova olduğunu açıqlayıb.

“Bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və özünü jurnalist kimi təqdim etdiyini sübuta yetirib”, - məlumatda bildirilir.

Daria Aslamova "Komsomolskaya pravda"nın əməkdaşıdır.

Xatırladaq ki, son günlər Serbiya ilə Kosova arasında münasibət daha da kəskinləşib. Kosovanın şimalında iyulun 31-də atışma və sirena səsləri eşidilib.