Karin Knaysl ağır həyatı barədə danışıb: onu "rus donuzu" və "Putinin fahişəsi" adlandırırlar...

Karin Knaysl ağır həyatı barədə danışıb: onu "rus donuzu" və "Putinin fahişəsi" adlandırırlar...

6 Avqust 09:28
47
Bəyəndim (0) Bəyənmədim (0)

"Avropanı nadanlığına görə qürub gözləyir..."

"Dünyanın mən böyüdüyüm və sadiq qaldığım hissəsi daha mövcud deyil..."

"Avropa İttifaqı liderləri nadanlığı və təkəbbürlərilə mövcud geosiyasi reallıqları və diplomatiyanın baza prinsiplərini görməzdən gəlir..."

Avstriyanın sabiq rəhbəri Karin Knaysl Avropada Rusiya Federasiyası ilə əlaqələrinə görə təqiblərə məruz qalıb. Ona doğma Avstriyada, sonra isə Almaniya və Fransada divan tutulacağı ilə hədə-qorxu gəlinib. Nəticədə sabiq nazir Livana köçməli olub.

Oxuməni.az xəbər verir ki, bu barədə o, Rusiyanın RT DE telekanalına müsahibəsində danışıb.

"2020-ci ildən mən hücumlara məruz qalıram, məni rus donuzu, Putinin fahişəsi adlandırıb, diri-diri basdırmaqla hədə-qorxu gəliblər", - o, belə deyib.

Onun sözlərinə görə, təhdidlər, əsasən, onun elektron ünvanına gəlib, lakin bəzən adi poçt qutusu ilə də edilib. Buna baxmayaraq, Avropa ölkələrinin polisi buna əhəmiyyət verməyib, Knaysl rusiyalı jurnalistlərə şikayətlənib.

Xatırladaq ki, iyulun əvvəlində Knaysl divan tutulmaqla təhdid edilməsi ilə əlaqədar ölkəsini tərk edib.

Sonradan Qonkonqun "Asiya tayms" nəşrinə müsahibəsində o, bəyan edib ki, Avropanı nadanlığına görə qürub gözləyir.

"Hazırda mən ilkin adı "Avropa üçün rekviyem" olan kitab üzərində işləyirəm, çünki dünyanın böyüdüyüm və sadiq qaldığım hissəsi daha mövcud deyil", - o, deyib.

Rusiya-Avropa münasibətlərindən danışarkən, Knaysl qeyd edib ki, Avropa İttifaqı liderləri "nadanlıqları və təkəbbürləri ilə mövcud geosiyasi reallıqları və diplomatiyanın baza prinsiplərini görməzdən gəlir".

Knaysl 2017-ci ildə Avstriyanın XİN başçısı vəzifəsinə seçilib.

2018-ci ilin avqustunda öz toyunda Rusiya prezidenti Vladimir Putinlə rəqs edib.

Nikah mərasimi ərəfəsində Avropa Parlamentinin Yaşıllar Partiyasından olan deputatı Mişel Raymon ona istefaya çağırış edib.

O, Kreml rəhbərini "Avropa İttifaqının ən aqressiv xarici siyasət rəqibi" adlandırıb.

"Bu fonda nəinki Putini toya dəvət etmək, onunla işvə-naz etmək belə qəbulediməz olardı", - Raymon bəyan edib.

2019-cu ilin iyunun 3-də kansler Sebastyan Kurtsın istefasından sonra Knaysl Avstriyanın yeni hökumətində hər hansı təyinat almayıb.

Bir il sonra o, "Rosneft"in direktorlar şurasına daxil olub. Mayın 23-də AFR-in sabiq kansleri Qerhard Şröder və Almaniyada "Şimal axını-2" qaz kəmərinin baş lobbiçisi Mattias Varninqin ardınca Rusiyanın dövlət korporasiyasının direktorlar şurasını tərk edib.

Bu, Avropa Parlamentinin "RF ilə çox sıx əlaqələri olan" Avropa siyasətçilərini Avropa İttifaqının sanksiyalar siyahısına salmağa çağırış etdikdən sonra baş verib.Moderator.az