Putinin çox güvəndiyi faşist qadın komandir Ukraynada öldürüldü – Kremlin yasını tutduğu Olqa Kaçura kimdir?

Putinin çox güvəndiyi faşist qadın komandir Ukraynada öldürüldü – Kremlin yasını tutduğu Olqa Kaçura kimdir?

5 Avqust 12:28
167
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 24-dən bu yana onlarla rus polkovniki və generalını qətlə yetirən ukraynalılar ilk dəfə bir faşist qadını sıradan çıxarıblar.

Ukraynalıları qətlə yetirməkdən həzz almaqla öyünən və xüsusilə mülki insanları hədəfə alması ilə tanınan polkovnik faşist Olqa Kaçura atılan raketlə vurulub.

“Korsa” ləqəbli 52 yaşlı faşist qadın komandir avtomobili ilə Horlivkada səyahət edərkən ona doğru raketin hərəkət etdiyindən xəbərsiz olub. Avtomobili partladılan faşist “Korsa”nın ölümü həm Kremli, həm də Donetsk Xalq Respublikasını şoka salıb. Rusiya mətbuatı faşist Olqa Kaçuraya ölümündən sonra “Rusiya Qəhrəmanı” və “Donetsk Xalq Respublikasının Qəhrəmanı” titullarının verildiyini açıqlayıb.

“Russia Today”in baş redaktoru Marqarita Simonyan “Əfsanəvi Korsa Horlivka da öldü. Rəis (Putin) “Korsa”ya Rusiya Qəhrəmanı titulunu verdi” mesajını paylaşıb. Məlumata görə, faşist “Xanım ölüm” kimi də tanınan Kaçura 2014-cü ildə Moskvanın dəstəklədiyi rusiyayönlü separatçıların üsyanından əvvəl Horlivka polis idarəsində zabit olub. İşğaldan iki gün əvvəl Putin tərəfindən rəsmən tanınan Donetsk Xalq Respublikası faşist Olqa Kaçura polkovnik rütbəsi verib. Faşist Qadın əsgər Kremlin media kanallarında ukraynalıları öldürməkdən həzz aldığını bildirib.

Qeyd edək ki, iki uşaq anası Olqa Kaçura bu günə qədər Ukrayna tərəfindən öldürülən 97-ci hərbçidir.