Türkiyədə israillilərə hücumla bağlı saxlanılan 4 iranlı barədə HÖKM ÇIXARDI

Türkiyədə israillilərə hücumla bağlı saxlanılan 4 iranlı barədə HÖKM ÇIXARDI

30 İyun 2022 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda israillilərə hücumla bağlı saxlanılan 4 iranlı şübhəli barədə hökm çıxarılıb.

Bu barədə İstanbul Prokurorluğundan məlumat verilib. Məlumatda görə, İsrail vətəndaşlarına hücum etməkdə ittiham olunaraq Türkiyədə saxlanılan 8 iranlı şübhəlidən 4-ü haqqında həbs qərarı çıxarılıb

Saxlanılanlardan 7-nin təhlükəsizlik idarəsində istintaqının sona çatdığı bildirilir.

İstanbul Prokurorluğu iki şübhəlini polis idarəsinə təhvil verib və dindirmə prosesi başa çatdıqdan sonra onlardan beşi haqqında həbs qərarı çıxarıb.

İş üzrə hakim həmçinin təqsirləndirilənlərdən dördünün həbsi, digərinin isə şərti olaraq azadlığa buraxılması barədə qərar çıxarıb.

Xatırladaq ki, iyunun 23-də Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) və polisin kəşfiyyat və terrorizmə qarşı mübarizə bölməsinin İstanbulun Bəyoğlu, Bəylikdüzü və Böyükçəkməcə bölgələrində apardığı əməliyyatlar nəticəsində İrana bağlı 8 terrorçu saxlanılıb.