Ukraynanın əks-hücum əməliyyatı – Rusiyanın mövqeyi darmadağın edildi

Ukraynanın əks-hücum əməliyyatı – Rusiyanın mövqeyi darmadağın edildi

30 İyun 2022 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna müdafiə qüvvələri Qara dənizdə İlan adasında əməliyyatı davam etdirirlər. Adada Rusiya ordusunun daha bir artilleriya və “Pantsir - S1” raket sistemi vurulub. Bundan başqa, Ukrayna hərbi qüvvələri cənubda 40 rus hərbçisini və çox sayda texnikasını məhv edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiya qüvvələri gecə saatlarında Odessa vilayətinə raket zərbələri endiriblər. Bombardmanda təyyarə və “Bastion” sahil raket kompleksindən istifadə olunub.

Ukrayna aviasiyasının Rusiyanın komanda-idarə məntəqəsinə, bir neçə canlı qüvvə və texnikasına, cəbhə xətti boyu iki sursat anbarına hücum təyyarələri və helikopterlərlə hava zərbəsi uğurla başa çatdırılıb.