"Putin NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi"

"Putin NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi"

29 İyun 13:36
167
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu, çox ağır strateji məğlubiyyət olmaqla bərabər, rusiyalı tiranın dünyadakı reputasiyasına da ciddi zərbədir"

"NATO-nun şərqə doğru 23 illik genişlənməsi nəticəsində ittifaqın Rusiya ilə 1215 kilometrlik sərhədi yaranmışdı. Təkcə Finlandiyanın Rusiya ilə 1270 kilometr quru sərhədi var. Yəni, Rusiyanın NATO ilə sərhədlərinin uzunluğu 2 dəfədən də çox artır".

Bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi qeyd edib ki, İsveçin də qoşulması ilə Baltik dənizi "NATO gölü" halına gəlir: "Ukraynanın NATO-ya girməsinə yol verə bilmərik, bu, sərhədlərimizdə bizə birbaşa təhdid yaradacaq" deyərək Avropanın şərqində dəhşətli müharibə cinayətlərinə imza atan Putin NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi. Bu, çox ağır strateji məğlubiyyət olmaqla bərabər, rusiyalı tiranın dünyadakı reputasiyasına da ciddi zərbədir".