"Qərb liderləri Putini məsxərəyə qoymaqla onu alçaldıb və sındırmaq qərarına gəlib..."

"Qərb liderləri Putini məsxərəyə qoymaqla onu alçaldıb və sındırmaq qərarına gəlib..."

29 İyun 2022 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

"G7 ölkələri Ukraynaya hərbi, iqtisadi, siyasi, humanitar və digər sahələrdə müddətsiz dəstəyə zəmanət verib"

G7 ölkə liderləri "özündən çox müştəbeh olan" Putini ələ salıb: "Onlar onu sındıracaq"

Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri, hərbi şərhçi Aleksey Arestoviç əmindir ki, Qərb Rusiya prezidenti Vladimir Putini "sındırmaq" qərarına gəlib. Məhz buna görə də "Böyük yeddilik" (G7) ölkə liderləri Putinin çılpaq bədənlə şəkil çəkdirmək ehtirasına gülərək, onu alçaldıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə o, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində bəyan edib.

"Putin özündən son dərəcə razı, mütəkəbbir varlıqdır. Qərb liderləri açıq şəkildə onu məsxərəyə qoyub, bu, o deməkdir ki, onlar müharibəyə emosional olaraq qoşulub. Bu, həmişə seçim imkanı üçün məkan saxlayan quru və sınaqdan keçirilən bəyanatlar deyil, onlar Putini alçaldıb. İkincisi, bu, o deməkdir ki, onlar "körpüləri yandırıb", geriyə dönüş olmayacaq, əks halda onu alçaltmağın mənası olmazdı. Üçüncüsü, bu, o deməkdir ki, onlar onu sonadək təqib edəcək", - Arestoviç deyib və əlavə edib ki, G7 ölkə liderləri Ukraynaya hərbi, iqtisadi, siyasi, humanitar və başqa sahələrdə müddətsiz dəstəyə zəmanət verib.

"Və ən əsası, mən ümid edirəm ki, Qərb bizim prezidentimizin bu gün dediklərini anlayıb. O, deyib ki, bu gün danışıqlar zamanı deyil. Amma onların emosional olaraq pencəklərini çixarması olayından sonra mən əminəm ki, onlar onu sındıracaq, fiziki olaraq sındıracaqlar", - o, deyib.

Arestoviçin sözlərinə görə, Qərbə Rusiya Federasiyası ilə razılaşmanın alınmayacağını anlamaq üçün müharibənin 124 günü lazım olub.

"Yalnız sındırmaq. Və hər şeydən göründüyü kimi, onlar sındırmağa hazırdır" - müşavir bir daha vurğulayıb.

Arestoviç əmin olduğunu bildirib ki, Qərb Rusiyanın nüvə silahının yayılmaması barədə Müqaviləni pozduğu təqdirdə müharibəyə qoşula bilər.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı Putin bəyan edib ki, yaxın aylarda Minskə nüvə döyüş sursatları tətbiq edə bilən "İsgəndər-M" komplekslərini verəcək.