Yeni Qazaxıstan ədalət bölgəsinə çevrilməlidir - Tokayevdən şok mesajlar

Yeni Qazaxıstan ədalət bölgəsinə çevrilməlidir - Tokayevdən şok mesajlar

30 Aprel 2022 00:51
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan konstitusiyasının 33 maddəsinə dəyişiklik edilməsi üçün referendum keçiriləcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

Prezident çıxışında yanvar hadisələrində dövləti itirmək təhlükəsi ilə üzləşdiklərini iddia edib: “Xalqımız yanvar faciəsindən dərs almalıdır. İndi belə hadisələrin təkrarlanmaması üçün səy göstərməyin vaxtıdır”.

Gərgin geosiyasi vəziyyətə toxunan Tokayev bildirib ki, Qazaxıstan vətəndaşları indiki şəraitdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xüsusi diqqət yetirilməlidirlər.

Tokayev vətəndaşlar arasında etnik ədavətin qızışdırılması ehtimalından da danışıb:

“Təəssüf ki, bu cür təxribatların şahidi oluruq. Amma təxribatçılar harada yaşamasından, hansı pasportdan istifadə etmələrindən asılı olmayaraq, dövlətimizin müstəqil siyasət ürütmək hüququna xələl gətirə bilməzlər”.

Prezident hazırda yeni dövlət modelinə keçid prosesində olduqlarını bildirib: “Yeni dövrdə qohumbazlığa, paternalizmə, korrupsiyaya qəti şəkildə əngəl olacağıq. Yeni Qazaxıstan ədalət bölgəsinə çevrilməlidir”.

O, bunun üçün yeni qanunların hazırlanması zərurətinə diqqət çəkib: “Hazırda konstitusiyanın üçdə birini təşkil edən əsas qanunun 33 maddəsinə dəyişiklik edilməsinə qərar verilib”.

Qazaxıstanda sonuncu referendumun 1995-ci ildə keçirildiyini deyib:

“Qarşıdan gələn böyük və önəmli dəyişikliklər ölkənin gələcəyinə mühüm təsir göstərəcək. Buna görə də konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edirəm. Hesab edirəm ki, konstitusiyanın ümumxalq səsverməsi yolu ilə dəyişdirilməsi cəmiyyətin iradəsinin canlı göstəricisi olacaq”.