NATO xəritəsi: III dünya savaşında Rusiyaya ilk hücum edə biləcək üç ölkə hansılardır...
"Nüvə müharibəsi artıq mümkündür və insanlar bunu anlamalıdır"
Qlobal münaqişənin necə inkişaf etməsindən asılı olmayaraq, onun nəticəsi, çox güman ki, üçüncü dünya savaşına gətirib çıxaracaq.
Oxuməni.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Express" nəşrində dərc edilən məqalədə deyilir.
Məqalədə açıq qarşıdurmada Rusiya ilə mübarizə aparacaq ölkələr açıqlanıb.
Son ayda Rusiya qlobal izqoy ölkəyə çevrilib, bu zaman NATO Putin rejiminə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib və onu Avropanın qalan hissəsindən ayırıb. Üçüncü dünya savaşı təhlükəsi yaxınlaşdıqca, onun necə baş verə biləcəyi məsələsi meydana çıxır.
NATO ölkələri Ukrayna ətrafında sıx birləşib. Liderlər yekdilklə Rusiyanın hərbi əməliyyatını pisləyib. Onlar öz ölkəsinin müdafiəsinə qalxan Zelenskini və döyüşçülərini dəstəkləyir. Lakin münaqişə uzandıqca, Putinin hərəkətlərinin şiddəti artdıqca, gərginlik də artmaqda davam edir.
Birinci və ikinci dünya savaşlarından fərqli olaraq, üçüncü qlobal münaqişə faktiki olaraq bəşəriyyətin tam məhv edilməsinə zəmanət verərdi.
Təkcə Rusiyanın 6257 nüvə başlığı var və bu, planetin həyatını bir neçə dəfə məhv etməyə yetərlidir.
Əgər Putin onlardan istifadə edilməsi ilə təhdid edirsə, bu, Rusiyanın nüvə silahı olan ənənəvi rəqibləri tərəfindən dərhal cavab tədbirlərinə gətirib çıxaracaq. Bu rəqiblərdən hansıları ilk olaraq Rusiyaya hücum edə bilər?
Məqalə müəllifi bunu aydılaşdırmağa çalışıb.
ABŞ
"Soyuq müharibə" ABŞ və SSRİ- ni dünyanın aparıcı nüvə dövlətlərinə çevirib, çünki bir çox onilliklər ərzində nüvə silahının yayılması və onun cəbbəxanalarının artırılması nəticəsində bu ölkələr bir- birilə rəqabət aparan döyüş başlıqları ehtiyatını yaradıb.
Nüvə yarışının pik nöqtəsində Rusiyanın 45 min vahid belə silahı, ABŞ- ın isə 31 255 döyüş başlığı olub.
Bu rəqabət əvvəlkitək bu gün də mövcuddur, bu zaman Bayden administrasiyası dünyada nüvə cəbbəxanasın həcminə görə ikinci yerdə 3, 75 min fəal döyüş başlığına malikdir.
Rusiya tərəfdən nüvə münaqişəsinin eskalasiysı baş verərsə, buna ilk olaraq ABŞ cavab verəcək.
Ölkədə işlənib hazırlanan qabaqcıl hərbi texnika strateji döyüş başlıqlarını təxminən saatda 3, 2 min km sürətlə buraxmağa imkan verir.
Bu səsdən iti sürətlər o deməkdir ki, raketlər ABŞ- dan Rusiyaya cəmisi 30 dəqiqəyə çata bilər.
Bundan başqa, hərbi rəhbərlik NATO- nun Avropa boyunca qabaqcıl bazalarında taktiki nüvə bombaları yerləşdirib.
ABŞ çox böyük sürətlə Rusiyaya Almaniya, Türkiyə, Belçika və ya Nuderlanddakı bazalarından Rusiyaya 100- dək B- 61nüvə "qravitasiya bombaları"ndan istifadə etməklə zərbə endirə bilər.
Almaniya
Bu yaxınlarda Almaniyanın kansleri seçilən Olaf Şolts Angela Merkeli 2021- ci ilin sonunda seçkiqabağı kampanıyasından sonra əvəz edib, bu kampaniyanın gedişində NATO- nun nüvə çəkindirməsi üzrə planlarından "nümayişkəranə susub".
Döyüş başlıqlarının istehsalı üçün gücünün olmasına rəğmən, Almaniya nüvə dövləti deyil, lakin NATO- nun silahlardan birgə istifadə edilməsinə dair sazişlərdə iştirak edir.
Şoltsun hakimiyyətə gəlişi ilə Ukrayna böhranı fonunda ölkə müdafiə xərclərini artırıb.
O, müdafiə xərclərini Almaniyanın UDM- in 2 faizinədək artırmağa vəd edərək, illik müdafiə büdcəsini 50, 3 milyard avrodan 70 milyard avroyadək artırıb.
Bu artım çərçivəsində Almaniyanın müdafiə naziri Krustina Lambrext elan edib ki, hökumət özünün qırıcı- bombardçançı "Tornado"larını Amerika istehsalı olan F 35 Liightning- lərlə əvəzləyəcək.
Lamberxt nüvə silahının istehsalını xatırlatmasa da, bəyan edib ki, bu təyyarələr nüvə döyüş başlıqları daşımağa qadirdir.
Almaniya kansleri öz ölkəsinin potensial təcavüzdən qorumağa hazır oldyğunu nümayiş etdirib, bu isə o deməkdir ki, onun qoşunları Qərbi Avropada və onun hüdudlarından kənarda hərbi gücdən istifadə təhdidlərinə cavab vermək üçün yaxşı silahlanacaq.
Böyük Britaniya
Böyük Britaniya daha əvvəlki böyük nüvə dövləti olmasa da, nüvə potensialına malik olan azsaylı ölkələrdən biri olaraq qalmaqdadır.
Hazırda Boris Consonun sərəncamında təxminən 225 döyüş başlığı var və onlar "Traydent" sistemi bazasında yerləşdirilib.
Sualtı qayıqlarda yerləşdirilən qorxuducu vasitələr hər yerdə hərəkət edə bilir, bu da unikal taktiki üstünlüyü təmin edir.
Əgər "Traydent" lazımi yerdə və lazımi zamanda ola bilsə, bu, Britaniya silahlı qüvvələrinə Rusiya üzərinə tez bir zamanda və sarsıdıcı zərbələr endirməyə imkan verərdi.
Müdafiə sahəsinin ekspertləri xəbərdarlıq edib ki, nüvə silahından istifadə etməklə döyüş əməliyyatları indi gerşəyə həmişəkindən daha yaxındır.
LBC radiostansiyasına müsahibəsində aviasiya marşalı, Böyük Britaniya HHQ- nin keşmiş komanfanı Edvard Stringer bəyan edib ki, hazırda nüvə müharibəsinin "istisna edilməsini" söyləmək olmaz.
"Bu müharibə artıq mümkündür və insanlar bunu anlamalıdır", - o, əlavə edib.
Müəllif: Liam Doyl