Zelenskidən ŞOK AÇIQLAMA:  Az qala öldürüləcəkdim...

Zelenskidən ŞOK AÇIQLAMA: Az qala öldürüləcəkdim...

30 Aprel 2022 00:09
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusuna qarşı göstərdiyi müqavimətlə Qərb ölkələrində qəhrəmana çevrilən Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin ilk saatlarında ailəsi ilə birlikdə Rusiya qüvvələri tərəfindən az qala öldürüləcəyini bildirib.

Oxuməni.az xəbər verir ki, bu mövzuda Prezident Zelenski “Time” jurnalına danışıb.

Zelenski izah edib ki, müharibənin başladığı fevralın 24-də paytaxt Kiyevə daxil olan rus qoşunları az qala onun və ailəsinin qaldığı yeri tapmaq üzrə olub.

Müharibənin ilk saatları ilə bağlı xatirələrini hissə-hissə xatırladığını qeyd edən Ukrayna lideri bildirib ki, Rusiya bombardmanlara başlayanda həyat yoldaşı Yelena Zelenska ilə birlikdə 17 yaşlı qızlarına və 9 yaşlı oğullarına deyiblər ki, evdən qaçmağa hazırlaşın.

“Biz onları oyatdıq. Çox səs-küy oldu, partlayışlar baş verirdi”, - deyən Zelenski Ukrayna ordusunun onu və ailəsini öldürmək üçün Kiyevə rus paraşütçülərinin eniş etdiyini bildirib.

Bildirilib ki, iqamətgahdakı mühafizəçilər gecə yarısı Zelenski və ailəsi üçün gülləkeçirməz jiletlər gətirib və silahla mühafizəyə keçiblər.

“Time” qəzetinin müxbirinə danışan Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak “O gecədən əvvəl biz belə şeyləri ancaq filmlərdə görürdük”, - deyib.

Həmin gecə iqamətgahda olan Zelenskinin müşavirlərindən Oleksiy Arestoviç deyib ki, hamı silahla gözləyir və bura xaos evi idi - deyib.

“Time”nin xəbərinə görə, Rusiya ordusu Zelenski və ailəsini ələ keçirmək üçün iki dəfə iqamətgaha hücuma cəhd edib. Saatlarla içəridə qalan Zelenski, Qərb ölkələrinin onu təxliyə etmək çağırışlarını rədd edib və ara sakitləşdikdən sonra bağçaya çıxaraq Kiyevdə qalacağını bəyan edən məşhur videosunu çəkib.