Rusiyanın itkiləri rekord həddə çatdı- 23 min əsgər, 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını...

Rusiyanın itkiləri rekord həddə çatdı- 23 min əsgər, 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını...

29 Aprel 2022 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, döyüşlər nəticəsində Rusiyanın 23 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını, 435 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 73 hava hücumundan müdafiə sistemi, 189 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 695 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 229 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Qeyd edək ki, ğtən sutka Ukrayna ordusu Rusiyaya məxsus 15 hava hədəfini məhv edib.

Bu barədə isə Ukrayna silahlı qüvvələrinin birləşmiş komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, ötən sutka ərzində 5 Kalibr tipli raket havada məjhv edilib. Eyni zamanda 7 ədəd Orlan tipli və 2 ədəd modeli müəyyən edilməmiş PUA sıradan çıxarılıb. Xarkovda isə 1 ədəd Su-34 qırıcısı vurulub. Ümumilikdə 1 təyyarə, 5 qanadlı raket və 9 PUA məhv edilib.

Rusiya Federasiyası Ukraynaya qarşı başladığı müharibədə 63 gün ərzində 1900-dən çox raket atışı həyata keçirib.

Bu barədə isə ABŞ Müdafiə Nazirliyinin rəsmisi brifinq zamanı bildirib.

O qeyd edib ki, raketlərin əksəriyyəti Mariupola buraxılıb, həmçinin əlavə edib ki, demək olar ki, bütün hava zərbələri Rusiya aviabazalarından həyata keçirilib.