ABŞ Ukraynaya "Patriot" HHM-lər, "F-16" qırıcıları, tanklar göndərəcək...

ABŞ Ukraynaya "Patriot" HHM-lər, "F-16" qırıcıları, tanklar göndərəcək...

29 Aprel 2022 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə ABŞ Konqresinin Nümayəndələr Palatası 81 ildən sonra ilk dəfə "Lend-Liz" qanunu qəbul etdi. 417 deputat lehinə, 10 nəfər əleyhinə olmaqla qəbul edilən layihə ABŞ-ın Ukraynaya bürokratik əngəllər olmadan hərbi, iqtisadi, humanitar yardımların verilməsini ehtiva edir.

Oxuməni.az xəbər verir ki, Qanunu Prezident Co Baydenin imzalayacağı gözlənilir. Ekspertlər bildirirlər ki, "Lend-Liz" qanunu qüvvəyə mindikdən sonra Ukrayna ABŞ-dan 20 mlrd. dollarlıq hərbi yardım ala bilər. Bu yardım paketinə aşağıdakı hərbi texnika və aviasiya vasitələri, HHM sistemləri daxildir:

- 3-cü nəsil "M1A2 Abrams" tankları;

- "M2A3 Bradley" piyadaların döyüş maşınları;

- "M109A6 Paladin" özüyeriyən artelleriya qurğuları;

- "HIMARS" təkərli şassi üzərində reaktiv yaylım atəş sistemləri;

- "MLRS M270 MLRS" universal raket-komanda qurğuları;

- "NASAMS 2" - Norveç istehsalı olan hava hücumundan müdafiə sistemi;

- "Patriot" Hava Hücumundan Müdafiə sistemləri;

- "F-16 C/D" 4-cü nəsil çoxfunksiyalı yüngül qırıcılar və s.

Xatırladaq ki, "Lend-Liz" qanunu İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın müttəfiqləri üçün də tətbiq olunub, bu da faşist Almaniyası üzərində qaləbədə mühüm rol oynayıb.

"AzPolitika.info"