Putinin "qızıl masa"sının sirləri dünyanın  diqqət mərkəzindədir

Putinin "qızıl masa"sının sirləri dünyanın diqqət mərkəzindədir

29 Aprel 10:17
138
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidentinin "qızıl masası" onun Fransa prezidenti Emmanuel Markonla fevralın 7- də görüşündən sonra bir andaca məşhurlaşıb. Bu masa, əslində, hələ 25 il bundan öncə yaradılıb və koronavirus pandemiyası ilə heç bir əlaqəsi yoxdur. Guya ki, Putin bu səbəbdən 6 metr məsafədən danışıqlar aparıb.

Oxuməni.az xəbər verir ki, bu barədə italyan sahibkarı Renato Polonya "Corriere" qəzetinə müsahibəsində danışıb.

Renatonun sözlərinə görə, onun mebeli Kreml binasının başdan ayağa interyerini bəzəyir.

"Mən Putinlə Makronun görüşünün fotoşəkillərindən öz masamı gördüm. Mən bununla qürur duyuram və hər zaman mənim işim hər hansı vacib fonda olanda həyəcan keçirirəm. Mən ümid edirəm ki, mənim yaratdıqlarım müharibənin sona çatmasında uğur gətirəcək", - "Oak" mebel şirkətinin rəhbəri olan sahibkar deyib.

Dizayner deyib ki, masanın uzunluğu 6 metr, eni 2, 6 metrdir. Bu masa palıddan hazırlanıb. Yuxarı hissəsi unikal detaldır, çox mürəkkəb hazırlanıb: zərvərəq qızıldan olan profillərlə ağ boya və əl işi olan bəzəkli üst hissəsi.

Polonya bu masanın xüsusi olaraq pandemiya zamanı Putinin koronavirusa yoluxmaması üçün hazırlandığı barədə şayiələri təkzib edib.

"Masanın ölçüləri bu məqsəd üçün yararlı ola bilər, lakin, şübhəsiz, onun uzunluğunun pandemiya ilə heç bir əlaqəsi yoxdur. Mən bu masanı 25 il əvvəl hazırlamışam!", dizayner iddia edib.

Polonya danışıb ki, məşhur masa Kremlin 1995- 1997- ci illərdəki sifarişinin yalnız bir mebel nümunəsidir. Sahibkarın yaratdığı mebel həm də Putinin prezident iqamətgahında var.

"Mənim işlərimlə iki mərtəbədə 7 min kv. m sahə düzənlənib. O cümlədən Putinlə Makronun görüşü keçirilən bu məşhur zal, bir çox başqa otaqlar, məsələn, 1997- ci ildə G8 görüşlərinin birinin keçirildiyi Yekaterina zalı. Bu, bütöv bir iş olub: mebel, döşəmələr, bauzerlər (divarların ağac panellərlə hörülməsi), bütün işıqlandırma korpusları, gips tavanlar, divarların mərmərdən işlənməsi", - dizayner deyib.

"Qızıl" masanın dəyərini Renato xatırlamır, lakin, onun sözlərinə görə, bu gün belə bir iş təxminən 100 min avroya başa gələrdi.

Müsahibə zamanı Renato deyib ki, hazırda bu masa, demək olar ki, insanın yaradıcılıq qabiliyyətini inkişaf etdirir.