Qazaxıstan Simonyanın ərinə qarşı sərt addımlar atmağa hazırlaşır

Qazaxıstan Simonyanın ərinə qarşı sərt addımlar atmağa hazırlaşır

28 Aprel 2022 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan hakimiyyəti Marqarita Simonyanın əri Tiqran Keosayanı bu ölkədə arzuolunmaz şəxslərin siyahısına daxil edə bilər.

Səbəb isə erməni əsilli rusiyalı teleaparıcının Ukraynadakı vəziyyətlə bağlı Qazaxıstanın mövqeyinə bildirdiyi təhdidedici bu açıqlaması olub:

“Qazaxlar, qardaşlar, bu nə nankorluqdur? Doğrudanmı Rusiyanın haradasa yox olacağını düşünürsünüz? Yoxsa siz Marsa emiqrasiya edəcəyinizi düşünürsünüz? Ukraynada baş verənlərə diqqətlə baxın və dərindən düşünün. Hesab edirəm ki, bizim məsul şəxslərimiz də düşünməlidir və ikitərəfli münasibətlərin səviyyəsini yenidən qiymətləndirməlidirlər”.

Təxribatçı teleaparıcının bu şərhinə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarovun cavabı isə belə olub:

“Rusiyalı jurnalist Tiqran Keosayanın təhqiramiz və mahiyyətcə qərəzli çıxışı diqqət çəkir. Ola bilsin ki, onun bəyanatı Rusiya ictimaiyyətinin və siyasi qurumunun müəyyən hissəsinin fikirlərini əks etdirir, lakin heç bir halda ölkələrimiz arasında əməkdaşlığın və dövlət başçıları səviyyəsində mövcud sazişlərin ruhuna və məzmununa uyğun gəlmir”.

Nazirliyin rəsmisi bildirib ki, erməni əsilli teleaparıcının bu cür çıxışı mehriban qonşuluq münasibətləri mühitini zəhərləyir və strateji tərəfdaşlıq əleyhdarlarının əlinə keçir.