Şok qərar: ABŞ Suriyada Türkiyəyə qarşı yeni cəbhə açır

Şok qərar: ABŞ Suriyada Türkiyəyə qarşı yeni cəbhə açır

28 Aprel 2022 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hərbi qüvvələri 2019-cu ilin oktyabrında Türkiyənin “Sülh çeşməsi” əməliyyatından bir müddət əvvəl Raqqada boşaldılan bəzi məntəqələrə yenidən yerləşdirilir.

Oxuməni.az xəbər verir ki, son aylarda Rusiyanın Raqqada yerləşmək cəhdlərindən narahat olan ABŞ son bir aydır 50 saylı Tabqa hərbi hava limanındakı bazalarına qayıtmaq üçün çalışır.

Liman Raqqanın şəhər mərkəzindən 7 km məsafədə yerləşir. Bu çərçivədə çoxlu sayda zirehli texnika ilə yanaşı, 9 “Bradley” tipli zirehli döyüş maşını və onlarla ABŞ hərbçisi Raqqada yerləşdiriləcək məntəqələrə göndərilib.

Tabqa hərbi aeroportundan aktiv şəkildə istifadə edən ABŞ Raqqadakı hərbi yük təyyarələri ilə də istehkamlarını gücləndirir. ABŞ qüvvələri bölgədə İranın dəstəklədiyi terrorçu qruplaşmaların hədəfinə çevrildikdən sonra ilin əvvəlindən Hasəkə, Deyr əz-Zor və Raqqadakı bazalarını gücləndirməyə başlayıb.

Vaşinqton son 4 ayda bu bazalara və hərbi məntəqələrə yüzlərlə yük maşını ilə hərbi ləvazimat daşıyıb.

ABŞ 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə Fəratın şərqindəki bəzi bazalarını boşaltdığı halda, neft yataqları ətrafında yerləşməyə üstünlük verib.

YPG/PKK terror təşkilatına dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyada Hums səhrasındakı Əl-Tənif bazası ilə yanaşı, Hasəkə, Raqqa və Deyr əz-Zor əyalətlərində terror təşkilatının işğal etdiyi ərazilərdəki çoxlu sayda baza və məntəqələrdə mövcudluğunu davam etdirir.