Qərbin Ukraynaya hərtərəfli dəstək verməsi Rusiyanın qələbəyə olan ümidlərini boşa çıxarıb
Kiyev Lavrovun üçüncü dünya müharibəsi barədə bəyanatını şərh edib
Üçüncü dünya müharibəsi barədə iddialar Moskvanın Ukraynaya qarşı müharibədə özünün məğlubiyyətini hiss etməsini sübut edir.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın baş diplomatı Dmitri Kuleba özünün "Twitter" səhifəsində yazıb.Siyasətçi Moskvanın ritorikasını Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə müqavimət göstərməsinə dəstək vermək məqsədilə silah yardımı edən ölkələri növbəti dəfə təhdid etmək cəhdidir.
"Rusiya dünyanı Ukraynaya dəstəkdən çəkindirməyə olan son ümidlərini itirib. Buradan da üçüncü dünya müharibəsinin "gerçək" olması barədə söz- söhbət yaradır. Bu o deməkdir ki, Moskva Ukraynada məğlubiyyətini hiss edir", - Ukrayna XİN rəhbəri qeyd edib və əlavə edib ki, məhz bu səbəbdən Ukraynanın tərəfdaş ölkələri "ukraynalıların qalib gəlməsi, Avropa və qlobal təhlükəsizliyi qoruya bilməsi üçün" dəstəyini ikiqat artırmalıdır.
Ukraynalı nazir bu bəyanatı Rusiyanın XİN rəhbəri Sergey Lavrovun nüvə müharibəsi riskinin gerçək olması və bunun təhlükəsini görməzdən gəlməyin mümkün olmaması barədə fikirlərinə cavab olaraq səsləndirib.