Paşinyanı dezinfeksiya etmək istəyənlər saxlanıldı - VİDEO

Paşinyanı dezinfeksiya etmək istəyənlər saxlanıldı - VİDEO

27 Aprel 2022 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 25-dən başlayaraq hər gün İrəvanda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları təşkil edilir. Oxuməni.az xəbər verir ki, yerli media polislərin hər dəfə etirazçılara qarşı güc tətbiq etdiyini yazır.

İrəvanda tələbələr Köçəri rəqsi ilə aksiya keçiriblər - VİDEONövbəti belə etiraz aksiyası bu gün hökumət binası qarşısında baş tutub. Bir qrup müxalifətçi dezinfeksiya işçilərinin formasında hökumət binası qarşısına gələrək ora naməlum maddələr səpiblər. Onlar bununla rəmzi mənada hakimiyyəti "viruslardan" təmizlədiklərini göstəriblər

"Qırmızı beretlilər “Azadlıq hərəkatı” üzvlərinə qarşı güc tətbiq edərək, onlardan bəzilərini həbs ediblər. Xatırladaq ki, etirazçılar hökumət binasının yaxınlığındakı ərazini dezinfeksiya etmək istəyiblər. Polis isə “Azadlıq hərəkatı”nın üzvü Ara Zöhrabyanla söhbətində aksiyanın məhdudlaşdırılmasına özünəməxsus şəkildə bəhanə göstərib. Onlar “Sizdə ətrafa səpdiyiniz naməlum maddələr var idi. Onun nə olduğunu bilmirdik” deyib", - məqalədə yazılıb.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.