"Rusiyanın hücum üçün, uzağı, 7-10 günlük gücü və imkanı qalıb..."-Hərbi ekspert

"Rusiyanın hücum üçün, uzağı, 7-10 günlük gücü və imkanı qalıb..."-Hərbi ekspert

27 Aprel 2022 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusu irəliləmək üçün, uzağı, təxminən 7-10 gün kifayət qədər gücə malik olacaq.

Oxuməni.az xəbər verir ki, Ukrayna mediasına açıqlamasında hərbi ekspert Oleq Jdanov belə söyləyib.

Onun sözlərinə görə, Putinin planlarının miqyası napoleonsayağıdır, o, ordunun döyüşə hazır hissəsini itirdiyinə görə hücum əməliyyatlarından imtina etməyi təklif edən generallara belə, qulaq asmaq istəmir.

Dnestryanıdakı vəziyyəti şərh edən Jdanov qeyd edib ki, burada yeni heç nə yoxdur - bu, Putinin köhnə "Novorossiya" planıdır.

"Plan məhz belə idi: Ukraynanın cənub-şərqinin işğalı və Ukraynanın dəniz sahilindən ayrılması. Ona görə də burada yeni heç nə yoxdur. Düşünürəm ki, məqsəd yalnız Donetsk, Luqansk vilayətləri deyil, niyyət daha da irəli gedir - Dnepr; şəhər də, çay da, sonra isə Kiyev istiqamətində şimala dönüş mümkündür. Yeri gəlmişkən, oradan paytaxta ən qısa məsafədir.", - ekspert belə deyib.

"Reallıq diktatoru xoşagəlməz şəkildə vura bilər. Ukraynanın şərqində hücum cəhdi altıncı gündür ki, davam edir və rusların maksimum 7-10 günlük gücü və imkanları qalıb",- deyə Jdanov vurğulayıb.moderator.az