Kurskda partlayış səsləri eşidilir: Belqorodda silah anbarı yanır

Kurskda partlayış səsləri eşidilir: Belqorodda silah anbarı yanır

27 Aprel 2022 10:23
Bəyəndim (1) Bəyənmədim (1)

Ukrayna ilə sərhəddən 120 km aralıda Kurskda partlayış səsləri eşidilir, Belqorod vilayətində silah-sursat anbarı yanır. Kursk sakinləri partlayışlar barədə məlumat verirlər. Şahidlərin sözlərinə görə, uğultu həm şəhərin küçələrində, həm də kənarda eşidilir.

Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı sübh saatlarında yayıb.

Məlumatı Ukrayna Silahlı Qüvvvələri də təsdiqləyir.

“Kurskda nə baş verir? Doğrudur,partlayışları eşidirsiniz.Bəs bu nədi,”bitdi”? Yenə də FSB öz ruslarını qorxudur. Sosial şəbəkələrdə ruslar öz təcrübələrini bölüşürlər. Onlar arxayınlaşırlar ki, hava müdafiəsi işləyir”, - deyə məlumatda bildirilir.

Belqorod vilayətinin qubernatoru Qladkov da partlayışlara bənzər səslərin eşidilidiyini bildirib. O əlavə edib ki, indiyədək şəhər və rayonun heç bir növbətçi xidməti bu səsin səbəbini tapmayıb.

Daha sonra o, əlavə edib ki, ərazidəki sursat anbarı yanır.