Rusiyada oliqarxlar Putinin göstərişi ilə öldürlür?- Şok iddialar

Rusiyada oliqarxlar Putinin göstərişi ilə öldürlür?- Şok iddialar

27 Aprel 2022 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada Putinin Ukraynaya təcavüzünü dəstəkləməyən və buna görə dövlət çevrilişi cəhdində şübhəli bilinən oliqarxların Kremldən verilən göstəriş əsasında öldürüldüyü ehtimla edilir...

Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan multimilyonçu Vladislav Avayevdən sonra rusiyalı oliqarx Sergey Protosenyanın İspaniyadakı evində həyat yoldaşı və qızı ilə ölümünün əks-sədaları davam edir.

Oxuməni.az xəbər verir ki, Protoseniyanın oğlu hadisədən sonra ilk dəfə danışıb və ailəsinin öldürülmüş ola biləcəyini iddia edib. Rusiyanın Ukraynanı işğalının ikinci ayı arxada qalarkən, rus oliqarxlarının müəmmalı ölümləri beynəlxalq mətbuatda gündəm olmaqda davam edir.

Rusiyalı milyarder Sergey Protosenya keçən həftə həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. Rusiyalı oliqarxın cəsədinin yanında bıçaq və balta olduğu açıqlanıb.

Şəxsi sərvəti 433 milyon dolları keçən Protosenya Qazprombank ilə sıx əlaqələri olan təbii qaz şirkəti Novatekin keçmiş vitse-prezidenti olub.

İspan polisi oliqarxın evində heç bir intihar məktubu olmadığını desə də, Protoseniyanın həyat yoldaşını və qızını öldürdükdən sonra intihar edə biləcəyindən şübhələnir.

Lakin rusiyalı oliqarxın oğlu atasının qətli törətdikdən sonra intihar etməsini təkzib edib və Protoseniyanın qətlin qurbanı olduğunu iddia edib.

Fedor Protosenya atasının həyat yoldaşına və qızına heç vaxt zərər verə bilməyəcəyini deyib, ailəsinin öldürüldüyünü qeyd edib.

Fedor Britaniyanın “Daily Mail” qəzetinə deyib: “Mənim atam qatil deyil”.

Protosenyanın intihar qeydi buraxmadığı, istifadə edilən balta və bıçaqda heç bir barmaq izinə rast gəlinmədiyi açıqlanıb.

22 yaşlı kollec tələbəsi Fedor Pasxa bayramını Fransanın Bordo şəhərindəki ailə evində keçirərkən atasının yanında olmadığını açıqlayıb.

Gənc deyib: “O, anamı və xüsusən də bacım Mariyanı sevirdi. Bacım onun şahzadəsi idi. Onlara zərər verəcək heç nə edə bilməzdi. O gecə nə baş verdiyini bilmirəm, amma bilirəm ki, atam onları incitməyib”.

Fedor polisin ona məsələ ilə bağlı çox təfərrüat verməməsi üçün xəbərdarlıq etdiyini də vurğulayıb.

Kataloniya əyalətinin regional polis idarəsinin rəisi hosep Milan deyib ki, toplanan dəlillər Protosenin həyat yoldaşını və qızını öldürdüyünü, bundan sonra intihar etdiyini sübut edir. Milanın sözlərinə görə, katalon polisi məhz bu versiyanı araşdırır.

Lakin Sergey Protoseninin yaxın dostu olan rusiyalı biznesmen Anatoli Timoşenko onun qatili olduğuna inanmır:

"Sergey bunu etməyib", - deyə biznesmen bildirir. - O, ailəsini öldürməyib, bu, sadəcə, mümkün deyil! O gecə həmin evdə baş verənləri müzakirə etmək istəmirəm, amma bilirəm ki, Sergey qatil deyil".

Oliqarxın başqa bir dostu Roman Yureviç də istintaqın iddialarına inanmır:

"Sergey heç kəsi öldürməyib. Mən onu on ildir tanıyıram. O, xoşbəxt bir insan idi və ailəsini sevirdi. Həyat yoldaşını və qızını heç vaxt öldürməzdi. Mən buna əminəm".

Qeyd edək ki, daha bir faciəli hadisə baş 24 martda baş verib. Rusiya KİV-in məlumatına görə, "Medstom" əczaçılıq şirkətinin rəhbəri milyarder Vasili Melnikov Nijni Novqorodda mənzilində ölü tapılıb.Onun yanında arvadının və iki azyaşlı oğlunun meyitləri aşkarlanıb. Onların hamısı "Kommersant" qəzetinin məlumatına görə, mənzildə aşkar edilmiş bıçaqla kəsilmişdi. İstintaq belə qənaətə gəldi ki, Melnikov əvvəlcə 41 yaşlı arvadını və iki azyaşlı uşağını öldürmüş, sonra isə intihar etmişdi. Bununla yanaşı, mərhumun qonşuları və qohumları bu versiyanı qəbul etməkdən imtina edirlər. Onu da deyək ki, anti-Rusiya sanksiyaları nəticəsində Melnikov böyük zərərə düşmüşdü.

Rusiya oliqarxlarının sirli ölümlərinin qaranlıq siyahısı isə davam edir. Belə ki, oliqarxlar Mixail Uotford və Aleksandr Tulyakov öz evlərində asılmış tapılıb.Digır ilqarxa Leonis Şulmanın isə cansız bədəni həmçinin bədəni onun bağ evinin hamamında tapılıb.

Belə ehtimal edilir ki, öldürülən oliqarxların hər birinin hansısa günahları olub və onlar çox güman ki, Kremlin Ukraynanı işğal siyasətinə hansısa şəkildə öz etirazlarını bildiriblər. Məhz bu səbəbdən də Rusiyada Putinin Ukraynaya təcavüzünü dəstəkləməyən və buna görə dövlət çevrilişi cəhdində şübhəli bilinən oliqarxların Kremldən verilən göstəriş əsasında öldürüldüyü ehtimla edilir...