Rusiyada partizan müharibəsi başlayıb...- Ukrayna rəsmisi

Rusiyada partizan müharibəsi başlayıb...- Ukrayna rəsmisi

26 Aprel 2022 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya şəhərlərində hərbi obyektlərin atəşə tutulması partizan müharibəsinin başlanmasından xəbər verə bilər...

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç güman edib ki, Rusiya şəhərlərində baş verən kütləvi yanğınlar partizan müharibəsinin başlanmasına sübut ola bilər.

Oxuməni.az xəbər verir ki, o, bu barədə "Feigin Live"-a müsahibəsində danışıb.

Arestoviç Bryanskdakı vəziyyəti şərh edərkən qeyd edib ki, son vaxtlar Rusiyada hərbi komissarlıqlara hücumlar baş verir. Onun fikrincə, bu,partizan müharibəsinin başlanmasından xəbər verə bilər.

"Rusiyada nə baş verdiyi məlum deyil. Ussuriyskdə hərbi baza yanır, komissarlıqlar yanır, hərbi universitetlər, hansısa anbarlar, qubernatorların evləri yanır. Məndə Rusiyada partizan müharibəsinin başlandığı təəssüratı yaranıb. Bu, xüsusilə, hərbi komissarlıqlara aiddir; xalq müharibəyə getmək istəmir və övladlarının qırğına göndərilməsinə mane olur”, – deyə Arestoviç vurğulayıb.

Müşavir qeyd edib ki, hərbi komissarlıqda çağırışçıların və ehtiyatda olanların şəxsi məlumatları saxlanılır...moderator.az