Rusiya Moldovada soyqırımlarına hazırlaşır – Dnestryanıda partlayışları FSB törədir...

Rusiya Moldovada soyqırımlarına hazırlaşır – Dnestryanıda partlayışları FSB törədir...

26 Aprel 2022 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Moldovanın separatçı Dnestryanı regionunda iki radio antenası partlayış nəticəsində sıradan çıxarılıb".

Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı Moskvanın dəstəklədiyi rejimin “daxili işlər nazirliyi” açıqlayıb.

Aprelin 26-da səhər tezdən Qriqoriopol rayonundakı Mayak kəndində iki partlayış baş verdiyi, partlayışlardan sonra iki radio antenasının sıradan çıxdığı bildirilir. Məlumatda xəsarət alan olmadığı vurğulanır. İnformasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 25-də isə regionun ən böyük şəhəri olan Tiraspolda “dövlət təhlükəsizlik nazirliyi”ndə partlayış baş verdiyi, binanın üst mərtəbələrinə ziyan dəydiyi haqda məlumat yayılıb.

Moldovanın Reinteqrasiya Siyasəti İdarəsi bildirib ki, aprelin 25-də baş vermiş insident konstitusion hakimiyyət tərəfindən idarə olunmayan Dnestryanı bölgəsində təhlükəsizlik vəziyyətinin gərginləşməsi bəhanəsi yaratmaqla bağlıdır.

Ukrayna isə bu hücumu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təşkil etdiyi provokasiya adlandırıb, yeni hücumları istisna etməyib.

Xatırladaq ki, Moldovanın əsas hissəsi ilə Ukrayna arasında yerləşən Dnestryanı 1990-cı ildə müstəqillik elan edib. Hazırda Rusiyanın Dnestryanıda 1400-dək əsgəri var, regionda yerləşən nəhəng sovet dövrü silah deposuna nəzarət edir. Separatçı regionun 200 mindən çox sakininin Rusiya vətəndaşlığı var.

Dnestryanıda partlayışlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda baş verir. Rusiya hərbçiləri Dnestrayı sərhədinə çıxmağı Ukraynada hərbi əməliyyatın hədəflərindən hesab edir. Onların iddiasına görə, bu regionda da “rusdilli əhalisinin sıxışdırılması faktları qeydə alınır”.