Ermənistanda etirazçılar Paşinyanı Qarabağı Azərbaycana verməkdə hittiham edir

Ermənistanda etirazçılar Paşinyanı Qarabağı Azərbaycana verməkdə hittiham edir

26 Aprel 2022 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda keçmiş prezident Robert Koçaryanın rəhbəri olduğu “Hayastan” müxalifət bloku aprelin 25-dən mərkəzləşdirilməmiş etiraz aksiyalarına başlayıb. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində bayraqlarla hərəkət edirlər.

Oxuməni.az xəbər verir ki, müxalifət baş nazir Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesinə dair bir neçə səs-küylü bəyanatından sonra fəallığı artırıb.

Bu gün aksiyalara bəzi universitetlərin tələbələri də qoşulublar.

Polis əməkdaşları paytaxt universitetlərindən gələn tələbələrin Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirməsinin qarşısnı alıb. Saxlanılanlar var.

Ermənistan Milli Məclisi spikerinin müavini, “Hayastan” fraksiyasının Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan deyib ki, bu yürüşlər 5 gün davam edəcək və yekun olaraq mitinq keçiriləcək.

Müxalifər baş nazir Nikol Paşinyanı Qarabağı Azərbaycana verməkdə hittiham edir.