Fenenko: Qərbin Rusiya ilə bağlı şok “Qafqaz planı” - Video

Fenenko: Qərbin Rusiya ilə bağlı şok “Qafqaz planı” - Video

25 Aprel 2022 21:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fransızlar Ermənistanı tamamilə NATO-ya doğru çəkmək istəyirlər. Amerika da bunu istəyir, amma başa düşür ki, Parisin bu işdə şansı daha çoxdur, axı Fransada nəhəng erməni lobbisi var. Ona görə də ABŞ Ermənistanın “KTMT-dən çıxıb Qərbə meyil göstərmək” planını tərəfdaşı Fransaya həvalə edib.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko bölüşüb.

O bildirib ki, indi Ukrayna ilə bağlı münaqişənin xarakterini nəzərə alsaq, Qərb üçün bu proses xüsusilə əlverişlidir.

“Əslində, o zaman Rusiyaya qarşı ikinci cəbhə açılacaq, ya da ən azı Rusiya üçün Qafqazda çox ciddi problem yaranacaq. Moskva da əsas diqqətini ora yönəltməli olacaq. Aydındır ki, Ukraynada xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiya Qarabağ istiqamətində fəallaşacaq. Məhz bu səbəbdən ABŞ və Fransa tələsir - Moskvanı Qafqazdan ciddi şəkildə yayındırmağa çalışır. Qərb indi Rusiyanın Ukraynada bataqlığa düşməsini gözləyir. Əməliyyat iki aydır davam edir və əgər bu prosses daha altı ay uzansa, o zaman Rusiya üçün sadəcə olaraq, Qafqazda olanlar prioritet sayılmayacaq. Qərb Rusiyanın üzülüb məhv olacağına stavka edib. Qərbin bu planında əsas oyuncaq isə İrəvan sayılır”, - rusiyalı ekspert bildirib.