Putinlə görüşə gedən Paşinyandan şok addım – Zəhərlənməkdən qorxduğu üçün...

Putinlə görüşə gedən Paşinyandan şok addım – Zəhərlənməkdən qorxduğu üçün...

25 Aprel 2022 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın RTR telekanalında Vladimir Solovyovun aparıcısı olduğu “Moskva-Kreml-Putin” proqramı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri ilə bağlı maraqlı epizod təqdim olunub.

Oxuməni.az xəbər verir ki, Rusiya prezidentinin protokol rəhbəri hava limanında təyyarədən endikdən dərhal sonra Nikol Paşinyanı rəsmi səfər zamanı nələrin baş verəcəyi və nə etməli olduğu barədə məlumatlandırıb.

Solovyov Ermənistan nümayəndə heyətinin üzvlərindən birinin (Paşinyan mühafizəçisi) içməli su şüşələri olan qutunu avtomobildən otelə necə apardığına diqqət yetirib və hər bir ölkənin rəhbərinin özünəməxsus xüsusiyyətləri və nüanslarının olduğunu qeyd edib.

Ermənistanın jam.am saytına görə, Paşinyanın Moskvaya rəsmi səfəri zamanı nədən qorxduğu, bütün rəsmi səfərlər zamanı özü ilə şüşələrdə su aparıb-aparmadığı məlum deyil. Bununla belə, sayt Ermənistan baş nazirinin zəhərlənmə təhlükəsinə qarşı bu addımı atdığını iddia edib.

Paşinyan ötən həftə Moskvaya baş tutan səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.